Barışmaq üçün çağırıb GÜLLƏLƏDİLƏR
07 iyun 2023 13:20 (UTC +04:00)

Barışmaq üçün çağırıb GÜLLƏLƏDİLƏR

Türkiyədə qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Şanlıurfa şəhərinin Devteşti məhəlləsində baş verib. Məlumata görə, 22 yaşlı İhsan Diş ilə 3 nəfər günorta saatlarında dalaşıblar. Qarşı tərəf onunla barışmaq üçün axşam saatlarında görüş təşkil edib.

Bu zaman onlar arasında yenidən mübahisə yaranıb və İ. Diş tüfənglə vurularaq öldürülüb.

Hadisəni törədən F. A., R.A. və A.K. saxlanılıb. Araşdırma aparılır.

# 2529
avatar

Oxşar yazılar