Beyləqandakı qətliamın YENİ DETALLARI:  Hamısı başından güllələnib
03 dekabr 2022 13:00 (UTC +04:00)

Beyləqandakı qətliamın YENİ DETALLARI: Hamısı başından güllələnib

Beyləqanda gecə saatlarında baş verən qətl ölkə gündəmini zəbt etdi. Hadisə qısa vaxt ərzində media və sosial şəbəkələrdə yayıldı, insanların təəccübü və hiddətilə qarşılaşdı.

Qətliamla bağlı bir-birinin ardınca faktlar ortaya çıxır. Lent.az ölkə gündəmini zəbt edən hadisə ilə əlaqədar yeni detallar əldə edib.

Əldə etdiyimiz məlumata görə, hadisə uzun illərdən davam edən ədavət nəticəsində meydana gəlib. Belə ki, 27 yaşlı Fuad Cəlilzadənin atası Loğman Cəlilzadə 2009-cu ildə ədavətli olduğu ailənin başçısı Nadir Quliyevi yaba ilə vurub. Buna görə həbs edilib.

Quliyevlər ailəsinin qətli isə qəbiristanlıqdakı söhbətə görə yaranıb. Belə ki, 26 yaşlı Amin və Xəyal Quluzadə qardaşları Fuadı qəbiristanlığa söhbətə çağırıblar. Bu zaman onların əlində bıçaq olub. Əldə etdiyimiz məlumata görə, qardaşlar Fuadı bacı söyüşü ilə söhbətə gəlməyə məcbur ediblər.

Həmçinin, Fuadın bacısı vəfat edib və hadisənin baş verdiyi qəbiristanlıqda dəfn edilib. Cüssəcə onlardan zəif olduğu deyilən Fuad söhbətə evdəki ov tüfəngi ilə gedib.

Nəticədə qəbiristanlıqda qardaşların hər ikisini başlarından atəş açaraq öldürüb. Daha sonra onların evinə gedərək ailə başçısı 56 yaşlı Nadir Quliyevi və onun arvadı 51 yaşlı Tərgül Quliyevanı da eynilə, başlarından vuraraq öldürüb.

Bundan sonra isə Fuad Daxili İşlər Nazirliyinin “102” qaynar-xəttinə zəng edərək qətli törətdiyini və təslim olmaq istədiyini bildirib.

Onu da qeyd edək ki, Quliyevlər ailəsinin daha 2 oğlu Bakıda işləyir. Hadisədən xəbər tutaraq, dərhal gecə ilə kəndə yola düşüblər.

Hazırda Beyləqan rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və daha çox şəxsi qətlə yetirmək) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

# 5583
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Türkiyədə Leyla Seyidovanı öldürüb yandırdılar - FOTO

Türkiyədə Leyla Seyidovanı öldürüb yandırdılar - FOTO

2 fevral 2023 , 17:53
Ana 6 yaşlı qızını boğub öldürdü

Ana 6 yaşlı qızını boğub öldürdü

2 fevral 2023 , 17:01
Bakıda kişi keçmiş arvadını bıçaqladı

Bakıda kişi keçmiş arvadını bıçaqladı

2 fevral 2023 , 16:43
Bakıda böyük ƏMƏLİYYAT:   46 nəfər saxlanıldı - VİDEO

Bakıda böyük ƏMƏLİYYAT: 46 nəfər saxlanıldı - VİDEO

2 fevral 2023 , 15:55
Fransada öldürülən azərbaycanlı ilə bağlı ŞOK FAKTLAR:  yaxınları DANIŞDI

Fransada öldürülən azərbaycanlı ilə bağlı ŞOK FAKTLAR: yaxınları DANIŞDI

2 fevral 2023 , 12:52
Bakıda DƏHŞƏT:  kişi sevgilisi və qızını bıçaqladı, ölən var

Bakıda DƏHŞƏT: kişi sevgilisi və qızını bıçaqladı, ölən var

2 fevral 2023 , 09:21
Fransada azərbaycanlı avtomobilində yandırıldı-FOTO

Fransada azərbaycanlı avtomobilində yandırıldı-FOTO

2 fevral 2023 , 00:45
İranlı narkobaronların havadarlarına qarşı ƏMƏLİYYAT:  36 nəfər tutuldu - VİDEO

İranlı narkobaronların havadarlarına qarşı ƏMƏLİYYAT: 36 nəfər tutuldu - VİDEO

1 fevral 2023 , 16:51