Binəqədidə böyük ƏMƏLİYYAT:  100-ə yaxın adam tutuldu - VİDEO
09 mart 2023 14:21 (UTC +04:00)

Binəqədidə böyük ƏMƏLİYYAT: 100-ə yaxın adam tutuldu - VİDEO

Bakının Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı bu ilin yanvar-fevral ayı ərzində əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 98 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 11 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.

Qeyd edək ki, saxlanılan şəxslərin bir neçəsinin Binəqədi rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib. Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

# 3936
avatar

Oxşar yazılar