Dünən cinayət törədən 60 nəfər saxlanılıb - KRİMİNAL XRONİKA
08 oktyabr 2022 11:10 (UTC +04:00)

Dünən cinayət törədən 60 nəfər saxlanılıb - KRİMİNAL XRONİKA

Oktyabrın  7-də ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, axtarışda olduğuna görə ümumilikdə 60, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 33, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

# 3351
avatar

Oxşar yazılar