Gəncədə arvadlarını öldürən ərlər saxlanıldı
14 mart 2023 09:34 (UTC +04:00)

Gəncədə arvadlarını öldürən ərlər saxlanıldı

Gəncədə qətl törədənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a açıqlamasında bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 43 yaşlı Y. Hümbətovanı qətlə yetirməkdə şübhəli bilinən E. Quliyev Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Bundan başqa Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mart ayının 13-də həyat yoldaşı, Astara rayon Maxşan kənd sakini 30 yaşlı G. Qəhrəmanovanı qətlə yetirməkdə şübhəli bilinən 30 yaşlı Yusif Verdiyev saxlanılaraq Astara RPŞ-nin əməkdaşlarına təhvil verilib.

# 3024
avatar

Mehman Nəbiyev

Oxşar yazılar