Keçmiş sevgilisinin boğazını kəsdi
11 mart 2023 16:43 (UTC +04:00)

Keçmiş sevgilisinin boğazını kəsdi

Moskva vilayətinin Lvovski mikrorayonunda 18 yaşlı oğlan 16 yaşlı keçmiş sevgilisinə bir neçə bıçaq zərbəsi vurub.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, məktəblinin valideynləri işdən qayıdaraq qızlarını mətbəxin döşəməsində tapıblar. Qızın boynunda çoxsaylı bıçaq xəsarətləri olub. Yeniyetmə xəstəxanaya çatdırılsa da, o, yolda dünyasını dəyişib.

Məlum olub ki, hadisədən az əvvəl onun keçmiş sevgilisi, 18 yaşlı Mixail Baranov mərhumun yanına gəlib. O, yeniyetmə qızın qətlində şübhəli bilinib. Onun əvvəllər də mübahisə zəminində qızı bıçaqla vurduğu məlum olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları gənci saxlayıblar. Onun barəsində “Qətl” maddəsi ilə cinayət işi başlanıb.

# 3429
avatar

Oxşar yazılar