Məhkəmədən  erməni “qanuni oğru”   haqqında HƏBS QƏRARI
01 fevral 2023 00:31 (UTC +04:00)

Məhkəmədən erməni “qanuni oğru” haqqında HƏBS QƏRARI

Krasnodar diyarında kriminal aləmdə Çinka Jorik Tbilisski kimi tanınan 58 yaşlı Georgi Manukyana qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci (“Cinayət iyerarxiyasında ən yüksək vəzifə tutma”) maddəsi ilə cinayət işi başlanıb. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, məhkəmə “qanuni oğru”nu qiyabi həbs edib, o, Rusiya təhlükəsizlik qüvvələrinin əlinə keçən kimi istintaq təcridxanasına göndəriləcək. O, sonuncu dəfə 2017-ci ildə hədə-qorxu ilə pul tələb etdiyi üçün həbsxanaya düşsə də, 2020-ci ildə məhkəmə qərarı ləğv edilib.

Hazırda Jorik Tbilisski axtarışdadır. İşin materiallarından göründüyü kimi, müttəhim kriminal mühitin cinayət ənənələrini qoruyaraq öz təsirini Krasnodar diyarının ərazisinə yayıb.

Georgi Manukyan dəfələrlə narkotikə görə cəza çəkib, 1993-cü ildə ona ded Xasan kimi tanınan Aslan Usoyan və digər oğru Vladimir Volkov (Volçok) tac qoyub.


 

# 2607
avatar

Oxşar yazılar