Oğul atasını və qardaşını girov götürdü, meyitləri tapıldı
28 sentyabr 2023 15:51 (UTC +04:00)

Oğul atasını və qardaşını girov götürdü, meyitləri tapıldı

Oğul atasını və qardaşını döyüb, sonra isə onları girov götürüb.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə Kemerovo vilayətində baş verib.

Ata və oğlu 2022-ci ilin may ayından yoxa çıxıblar.

Polis onların saxlanıldığı evə gəlsə də, heç kim qapını açmayıb. Axtarış zamanı zirzəmiyə doğru qan izləri tapıblar. Zirzəminin mismarla bağlanan qapısını açdıqda içəridən yaşlı ata və onun 39 yaşlı oğlunun cəsədləri aşkar edilib. Meyitlərin yanında balta, mismar və qanlı parçalar olub. Ehtimal olunur ki, kişilər ölməzdən əvvəl işgəncələrə məruz qalıblar.

Ölən kişinin böyük oğlu, 41 yaşlı Dmitri isə evdə olmayıb. Meytilər tapılmamışdan əvvəl o, paranoid şizofreniya diaqnozu ilə psixi xəstəxanaya yerləşdirilib. Onun həbsi gözlənilir.

Faktla bağlı iki və daha çox şəxsin qətlə yetirilməsi üzrə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2958
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar