Türkiyədə oğurluq etdiyi iddia olunan kişini döyərək öldürüblər.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Konyanın Beyşehir adlanan ərazisində baş verib.
B.Y. R.Ö-nün araba ilə daşıdığı dəmirləri ona məxsus tikintidən oğurladığını iddia edib. Bu səbəblə o, R.Ö.-nü döyüb. Başından xəsarətlər alan kişi xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı B.Y. saxlanılıb və cinayət işi açılıb.