"Papanin" və "Kubinka"da ƏMƏLİYYAT:  həbs edilənlər var - VİDEO
10 mart 2023 12:29 (UTC +04:00)

"Papanin" və "Kubinka"da ƏMƏLİYYAT: həbs edilənlər var - VİDEO

“Papanin”, “Kubinka” kimi tanınan Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi və ərazi polis şöbələrinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 8 nəfər – Elnarə Əliyeva, Ələkbər Abuzərov, Cavad Quliyev, Nəcməddin Mehdiyev, Rüfət Quliyev, Zöhrab Dadaşbalayev, Vaqif Abdullayev və Ədalət Həsənov saxlanılıblar.

Həmin şəxslərdən külli miqdarda heroin, tiryək, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 3612
avatar

Oxşar yazılar