Qısqanc qadın ərini kürəyindən vurdu
03 mart 2023 17:33 (UTC +04:00)

Qısqanc qadın ərini kürəyindən vurdu

Rusiyanın Smolensk vilayətində qadın ərini xəyanətdə şübhəli bilib və onu kürəyindən bıçaqlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, silahdan istifadə etməklə qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə təqsirləndirilən 25 yaşlı qadının cinayət işi üzrə istintaq yekunlaşıb.

İstintaq hesab edir ki, o, 2022-ci ilin dekabr ayında əri və bir neçə ortaq tanışı ilə birlikdə yaşadığı yerdə spirtli içki qəbul edib. Ər-arvad arasında ziyafətin bir nöqtəsində qısqanclıq zəminində münaqişə yaranıb.

Daha sonra qadın şahidlərin gözü qarşısında kişiyə bıçaqla xəsarət yetirib. Yara bel nahiyəsində olub. Zərərçəkənin sağlamlığına ciddi ziyan dəyib.

Prokurorluq ittiham aktını təsdiqləyib və işi Safonovski rayon Məhkəməsinə verib.

Təqsirləndirilən şəxsə 10 ilədək həbs cəzası verilə bilər.

# 2487
avatar

Mehman Nəbiyev

Oxşar yazılar