"Əl-ayağını və ağzını bağlayaraq boğazını kəsib" - Qusardakı dəhşətli qətlin DETALLARI  - VİDEO
18 dekabr 2025 16:50 (UTC +04:00)

"Əl-ayağını və ağzını bağlayaraq boğazını kəsib" - Qusardakı dəhşətli qətlin DETALLARI - VİDEO

2

Qusarın Hil kəndində keçmiş əri tərəfindən amansızlıqla qətlə yetirilən 32 yaşlı Diana Təyibovanın yaxınları jurnalistlərə açıqlama veriblər.

Hadisə barədə danışan qohumlardan biri deyib ki, D.Təyibovanın meyiti kənddəki boş evlərdən birində tapılıb:

"Boğazını qayçı ilə kəsib. Ağzı, əl-ayağı da bağlanıbmış".

"Düşmən də bunu etməz, can verməyə qoymayıb", - deyə mərhumun başqa bir yaxını bildirib.

Qətlə yetirilən qadının anası isə cinayəti törədən şəxsə ən ağır cəza verilməsini istəyib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

***

saat 10:29

Dekabrın 16-sı səhər saatlarında Qusar rayon Hil kəndinin ərazisində yerləşən evdə kənd sakini 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, polis tərəfindən keçirilən tədbirlərlə onu keçmiş əri kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması və kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürməsi müəyyən olunub və o saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 1830

Oxşar yazılar