Rayonda silsilə  ƏMƏLİYYATLAR:   20 nəfərdən çox tutulan var
11 oktyabr 2022 17:29 (UTC +04:00)

Rayonda silsilə ƏMƏLİYYATLAR: 20 nəfərdən çox tutulan var

Bərdədə narkotiklərin qanunsuz dövriyyəsinə, oğurluq edənlər və silah saxlayanlara qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyininm mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, Bərdə rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 23 nəfər tutulub. Onlardan ümumilikdə 7 kiloqramdan artıq müxtəlif adda narkotik tərkibli vasitələr aşkar edilərək götürülüb.

Şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ötən dövrlərdən bağlı qalan oğurluq əməllərinin üstü açılıb və cinayət əməllərini  törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb. Onların rayon ərazisində oğurluq edərək zərərçəkmiş şəxslərə 13.000 manatdan artıq ziyan vurduqları müəyyən edilib.

Bundan başqa qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən 2 nəfər də müəyyən edilib. Onlardan 1 “Kalaşnikov” avtomatı və 30 ədəd gülləsi, 1 “Makarov” tapançası və 4 ədəd gülləsi, 1 qundağı və lüləyi kəsilmiş tüfəng və 6 ədəd gülləsi aşkar olunaraq götürülüb.

Qeyd edilən faktlarla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, məhkəmənin qərarları ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

# 3012
avatar

Oxşar yazılar