Torpaq üstündə qohumlar arasında silahlı İNSİDENT:  ata-oğul öldü, 5 nəfər yaralandı
25 mart 2023 16:51 (UTC +04:00)

Torpaq üstündə qohumlar arasında silahlı İNSİDENT: ata-oğul öldü, 5 nəfər yaralandı

Türkiyədə silahlı insident olub.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Siirt şəhərinin Şirvan qəsəbəsində qeydə alınıb. Torpaq üstündə qohum ailələr arasında baş verən mübahisə silahlı insidentlə nəticələnib. Hadisə zamanı 50 yaşlı Həsən. D ölüb. 6 nəfər isə xəstəxanaya yerləşdirilib.

Xəstəxanada edilən yardımlara baxmayaraq, Həsən. D-nin oğlu 29 yaşlı Əmrullah da həyatını itirib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

# 4272
avatar

Oxşar yazılar