Türkiyədə Leyla Seyidovanı öldürüb yandırdılar - FOTO
02 fevral 2023 17:53 (UTC +04:00)

Türkiyədə Leyla Seyidovanı öldürüb yandırdılar - FOTO

Türkiyədə dəhşətli qətl olub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə İstanbul şəhərində Ataşehir adlanan ərazidə qeydə alınıb. Burada xilasedicilər dördmərtəbəli binanın birinci mərtəbəsindəki mənzildə döşəmənin altından Leyla Seyidovanın yanmış meyitini tapıblar. Daha sonra divanın yanında balta və bıçaq da aşkarlanıb. Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları qadının bədənində kəsilmiş-deşilmiş xəsarətlər aşkar ediblər.

Həmçinin yanğından əvvəl əcnəbi vətəndaşın evdən çıxdığı müəyyən edilib. Faktla əlaqədar Leyla Seyidova ilə bir yerdə yaşayan Gülçöhrə Qadirova və Feruz Yaxşıquliyev saxlanılıb. Onlardan başqa Erkin Söhbətov da şübhəli qismində saxlanılaraq, istintaqa təhvil verilib.

# 6066
avatar

Oxşar yazılar