“İbo Show”un yayımı dayandırıldı
0
0
Məşhur müğənni İbrahim Tatlısəsin Türkiyənin “atv” kanalında yayımlanan “İbo Show” proqramı dayandırılıb.
Lent.az-ın xəbərinə görə, bu barədə müğənni dünən keçirdiyi mətbuat konfransında məlumat verib. Sənətçi ötən bazar günü proqramda Yıldız Tilbə ilə aralarında baş verən gərginlikdən sonra narahatlıq keçirdiyini deyib: “Üç gündür, gördüyüm reaksiyalardan çox yoruldum, Yıdız Tilbəninin nankorluğu və yalan sözləri qarşısında mən də yalan danışa bilmərəm, “atv” ilə razılaşıb, proqramı bitirəcəyəm. Proqramda işləyən 50 nəfərin günahı Yıldız Tilbənin boynuna”.
Kanal rəhbərliyi də hadisə ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada deyilir: “Uzun zamandır, İbrahim Tatlısesin proqramına qonaq tapmaq çətinlik yaradırdı. Biz kanal rəhbərliyi olaraq, sənətçiyə kömək etməyə cəhd göstərdik, ancaq vəziyyətin belə davam etdirilməsi mümkün deyildi. Yıldız Tilbə də buna bir misaldır. Təəssüf ki, dəvətlə proqrama qatılmaq mexanizmi işləmir. Bu, İbrahim Tatlısəsi narahat etdi və arzuolunmaz nəticələrə gətirib çıxardı. Sənətçinin istəyi ilə proqramı dayandırdıq”.
Qeyd edək ki, bazar günü proqramda Yıldız Tilbə ilə Tatlısəs arasında ciddi mübahisə yaranıb, sənətçilər bir-birlərini küçə söyüşləri ilə təhqir ediblər.

Oxşar yazılar

Müğənni Ayan dinini dəyişdi
2 sentyabr 2025 , 16:22
Valeri Meladzenin qızı axtarışa verildi
2 sentyabr 2025 , 12:43
Teylor Sviftin sevgililəri və onlara həsr etdiyi mahnılar
1 sentyabr 2025 , 16:43
Məşhurların ən bahalı evlilik üzükləri
30 avqust 2025 , 18:59
Dünyanın ən zəngin sənətçisinin adı AÇIQLANDI
29 avqust 2025 , 19:35
Şəbnəm Tovuzlu da Rusiyaya BURAXILMADI - VİDEO
29 avqust 2025 , 15:32
Rəşad Dağlının həbsdən görüntüləri yayıldı - VİDEO
29 avqust 2025 , 08:55