14 “dəli” ulduz – Şizofren, bir bədəndə iki ruh daşıyan, lüt gəzən...
01 sentyabr 2023 18:45 (UTC +04:00)

14 “dəli” ulduz – Şizofren, bir bədəndə iki ruh daşıyan, lüt gəzən...

Lent.az psixoloji xəstəlikləri olan məşhurlar silsiləsini davam etdirir.

Dünya şöhrətli keçmiş futbolçu Devid Bekhem obsessiv kompulsiv pozğunluqdan əziyyət çəkir. O, evində səliqə-səhmanın pozulmasından çox qorxur. Məsələn, mətbəxdə oturub uzun-uzadı düşünür, bu bəzən saatlarla davam edir. Keçmiş futbolçu hər hansı bir əşyanın 1 santimetr belə yerindən kənarda dayanmasına dözə bilmir.

Müğənniliklə yanaşı, “Disney”dəki uğurlu layihələrlə məşhurlaşmış Demi Lovato düzgün qidalana bilmir və özünü şikəst etməyə meyillidir. Problemlərini “susdurmaq” üçün narkotikə qurşanan müğənni 2018-ci ildə az qala artıq doza səbəbilə ölürdü.

“Harri Porter” barədə kitabların müəllifi Coan Roulinq intihara meyillidir və depressiyadan əziyyət çəkdiyini gizlətmir.

Stiven Fray insanlardan qorxur. Bipolyar pozğunluqdan da əziyyət çəkir. Dəfələrlə intihara meyl edib.

Vaynona Rayder kleptomaniyadan əziyyət çəkir. Dəfələrlə oğurluq eləmiş aktrisa bir neçə dəfə polis tərəfindən saxlanılıb.

Bruk Şilds qızı doğulduqdan sonra onu qəbul edə bilməyib. Uzun müddət depressiyadan əziyyət çəkib, özünü öldürmək istəyib.

Amanda Bayns bir zamanlar uğurlu gələcək vəd edən gözəl aktrisalardan olsa da, sonralar şizofreniya xəstəliyinə tutulub. Dəfələrlə evdəki pişiyi yandırıb, onu öldürməyə çalışıb, heyvanlara qarşı qəddarlıq göstərib. Küçəyə çılpaq çıxan aktrisa uzun müddət xəstəxanada müalicə alsa da sağalmayıb.

Qerşel Uolker şəxsiyyətin ikiləşməsindən əziyyət çəkir. Bir bədəndə iki fərqli şəxsiyyət yaşayır.

Ketrin Zeta Cons bipolyar pozğunluqdan əziyyət çəkir, əhvalı davamlı şəkildə dəyişir. Qadın gah şən, gah dərdli görünməkdən bezib.

 Cim Kerri diqqət çatışmazlığı və hiperaktivlikdən əziyyət çəkir, lakin bu psixoloji problemlər ona sənətində kömək edib.

Meri Keyt və Eşli Olsen bacıları ikisi də əsəbi anoreksiyadan əziyyət çəkirlər.

Elton Con bulimiya xəstəsidir. Yediyi hər şeyi mütləq şəkildə qusur.

Mel Gibson maniakal depressiv psixoz xəstəsidir. O, heç bir motiv olmadan aqressivləşə, kimisə döyə, hallünasiyalar görə bilir. Daim həkim nəzarəti altında qalan aktyor sənətinə yalnız bu şəkildə davam edə bilir.

# 4398
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Məşhur aktrisa  boşandı

Məşhur aktrisa boşandı

7 dekabr 2023 , 19:50
Populyar müğənnidən gözlənilməz  romantik   MƏSLƏHƏTLƏR -  VİDEO

Populyar müğənnidən gözlənilməz romantik MƏSLƏHƏTLƏR - VİDEO

7 dekabr 2023 , 18:55
Məşhur aktyor 5 ayda 22 kilo ARIQLADI: SƏBƏB

Məşhur aktyor 5 ayda 22 kilo ARIQLADI: SƏBƏB

7 dekabr 2023 , 14:51
Məşhur müğənni sərxoş balerinanı kameralar önündə pərt etdi

Məşhur müğənni sərxoş balerinanı kameralar önündə pərt etdi

7 dekabr 2023 , 13:16
Namiq Qaraçuxurlu zəlzələ ilə zarafat etdi

Namiq Qaraçuxurlu zəlzələ ilə zarafat etdi

7 dekabr 2023 , 12:55
Məşhur aktrisa özünə nağıl kimi toy etdi

Məşhur aktrisa özünə nağıl kimi toy etdi

7 dekabr 2023 , 11:52
Məşhur qrupdan  vida konserti

Məşhur qrupdan vida konserti

6 dekabr 2023 , 17:38
Kilo almış 7 top model  - Onlar bundan utanmırlar

Kilo almış 7 top model - Onlar bundan utanmırlar

6 dekabr 2023 , 14:08