Amerikalı rok ulduz, mərhum Elvis Preslinin arvadı bildirib ki, 14 yaşı olarkən Elvislə aralarında seksual münasibət olmayıb.
Lent.az-ın xəbərinə görə, Pristilla Presli bu açıqlamanı haqqında yayılmış iddialara cavab olaraq səsləndirib. Bu günlərdə Amerika mediasında Elvis Preslinin 14 yaşlı Pristilla ilə tanış olduğu gün onunla yatması barədə xəbərlər yayılıb.
“O mənə qarşı mehriban idi, sevirdi, amma aramızda seks yox idi, yaşımın 14 olmasını nəzərə alırdı. Ona ürəyimi boşalda bilirdim, o yaxşı dinləyici idi”,- deyə xanım Presli qeyd edib.
Elvis Presli ilə xanımı 1959-cu ildə Elvis Almaniyada olarkən tanış olublar. O zaman Elvisin 24, Pristilanın 14 yaşı var idi. Onlar tanış olduqdan 8 il sonra evləniblər.