Flora Kərimova Ülviyyə Alovlunu məhkəmədə uddu
05 iyun 2024 17:18 (UTC +04:00)

Flora Kərimova Ülviyyə Alovlunu məhkəmədə uddu

Apellyasiya Məhkəməsində Xalq artisti Flora Kərimovanın jurnalist Ülviyyə Alovlu barəsində şikayətinə baxılıb.

Lent.az xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkə hesabında məlumat yayıb.

"Apellyasiya Məhkəməsi Ülviyyə Alovlunun "Floranı udmuşam" qısa təntənəsini təkrar haqlı zəfərimlə sonlandırdı. Bilgi, təmkin, alicənablıq insanın naxışıdır. Haqqın vicdanlı keşikçisi olmaq hünərdir. Tanrının bəxşişi olan bu insani simaların sahibi olmaq isə şərəfdir. Apellasiyanın ədalətli hakimlərinə çox sağ olum var".

Qeyd edək ki, F.Kərimova Ü.Alovluya qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdi.

Ü.Alovlu bir müddət əvvəl sosial şəbəkə hesabında "Flora Kərimova məni verdiyi Apellyasiya Məhkəməsində də növbəti dəfə uduzdu" paylaşmışdı.

Qeyd edək ki, Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızını da məhkəməyə verib.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3477
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar