Flora Kərimova xalqa müraciət etdi: “Mən bunu bilərəkdən elədim”
05 sentyabr 2023 12:52 (UTC +04:00)

Flora Kərimova xalqa müraciət etdi: “Mən bunu bilərəkdən elədim”

Xalq artisti Flora Kərimova öz sosial şəbəkə hesabından Azərbaycan ictimaiyyətinə və məhkəmə davasında olduğu müğənni Afət Fərmanqızına müraciət ünvanlayıb.

Müğənni son günlər Afət Fərmanqızı ilə bağlı polemikalara girdiyinə görə onu qınayanlara “Siz mənim yerimə yaşamırsınız, mənim yerimə ailəmin, oğlumun, qızımın namusunu, gələcəyini düşünmürsünüz. Ailəmə iftira atılır, siz bunu mənim yerimə hiss etmirsiniz. Mən anayam.  Demirəm meydanda tək qalmışam. Yuxarıda Allah yerdə xalqımın sevgisi mənimlədir. Bu mənə bəsdir. Dayağım olduğunuza görə, hamınıza “sağ ol” deyirəm”, - deyib.

Lent.az-ın xəbərinə görə, Xalq artisti Afət Fərmanqızına müraciət edərək səslənib və onu hədələyib:

"Afət, yəni mən o qədər savadsızam ki, bilmirəm məhkəmənin qərarı çıxmadan mülklərə həbs qoyulmur? Mən bunu bilərəkdən elədim, onu sən başa düşmədin. Mənə lazım idi biləm ki, sənin nəyin var, nəyin yoxdur. Bunu da bildim. Afət, deyirsən ki, ekspertiza imtina etdi, sən bir sənədlərə bax! İnsanın dili başını daşdan-daşa vura bilər, öz qədərimizi özümüz yaradırıq. Hikkənlə öz cəsarətinin çatmadığı, başqa səhifələrdə sifarişlə bölüşdüyün həqarətlərinin, söyüş-təhqirlərinin, hər yalan ittiham və böhtanlarının hesabını verəcəksən!".

Qeyd edək ki, müğənni Afət Fərmanqızı ilə Xalq artisti Flora Kərimova arasında qalmaqal uzun müddətdir davam edir. Tərəflər bir-birlərini məhkəməyə veriblər. Afət Fərmanqızı heç kimin ona gücü çatmadığını, haqlı olduğunu, Flora Kərimova isə məhkəmələrin qarşı tərəfə dəstək olduğunu iddia edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 29906

Oxşar yazılar