İsraildə konsert verən Şəbnəm tənqidlərə  görün nə CAVAB VERDİ?
22 sentyabr 2022 15:21 (UTC +04:00)

İsraildə konsert verən Şəbnəm tənqidlərə görün nə CAVAB VERDİ?

Müğənni Şəbnəm Tovuzlu xarici ölkədə iştirak etdiyi tədbirə görə son günlər tənqid olunur.

Lent.az xəbər verir ki, Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 80 hərbçimizin şəhid olmasını səbəb göstərərək, onun İsraildə tədbirə qatılmasına etiraz olunub. Xaricdə yaşayan azərbaycanlılar ifaçıdan şəhidlərimizə hörmət etməsini istəyiblər. 

O isə "Instagram" hesabında bütün etirazlara belə cavab verib: 

"Şəhidimizə hörmətlə yanaşdıq. Orada yeyib-içmək, oynamaq olmayıb. Dövlət tədbiridir. Bir şəhid mahnımız oxundu, bu qədər". 

Qeyd edək ki, Şəbnəm Tovuzlu İsraildədir və dünən orada konsert verib. 

# 7569
avatar

Nigar Namiq

Oxşar yazılar