Jan-Klod Van Damm yeni komediyada çəkiləcək
26 yanvar 2024 02:54 (UTC +04:00)

Jan-Klod Van Damm yeni komediyada çəkiləcək

Jan-Klod Van Damm “Bağban” (Le jardinier) komediyalı döyüş filmində baş rolu ifa edəcək. Filmin çəkilişlərinə 2024-cü il fevralın 5-də Belçika və Fransada start veriləcək.

Lent.az xəbər verir ki, layihənin rejissoru qismində David Şaron çıxış edəcək, Van Damm onunla “Son muzdlu” filmində artıq əməkdaşlıq edib. Bu film 2021-ci ildə “Netflix” yayım kanalının əsas hitlərindən birinə çevrilib. Şaronun digər işləri arasında Omar Si ilə “Zarafatsız” və Daniel Otoy ilə “Gəmi qəzasından sonra sağ qalanlar” yer alıb.

Filmin süjeti hansısa dövlət sirrinə çıxışı olduğu üçün hökumət məmurlarının “qara” siyahısına düşən, indi isə ölüm təhlükəsi qarşısında olan Serj və onun ailəsi haqqındadır. Xilas olmaq üçün ailə hiyləgər plan hazırlayır, onların Leo adlı qəribə bağbanları bu planın icra olunmasında müəyyən rol oynayır.

Layihədə Van Damm ilə yanaşı, baş rollardan birini Maykl Yun ifa edəcək (“Şef”). Filmdə, həmçinin Navel Madani, Kaaris, Raqnar Le Breton və digərləri çəkiliblər.

# 3669
avatar

Oxşar yazılar