“Kurtlar vadisi”  yenidən başlayacaq - Necati Şaşmaz danışdı
15 noyabr 2022 11:50 (UTC +04:00)

“Kurtlar vadisi” yenidən başlayacaq - Necati Şaşmaz danışdı

Bir vaxtların ən çox izlənilən “Kurtlar vadisi” serialının ulduzu Necati Şaşmaz keçirdiyi ürək əməliyyatından sonra müsahibə verib.

Lent.az xəbər verir ki, qatıldığı Mazhar Alansonun “TRT müzikte” proqramında aktyor heyranlarına şad xəbərlər çatdırıb.

50 yaşlı oyunçu bildirib ki, “Kurtlar vadisi” serialı üçün hazırda hazırlıqlar gedir:

“397 bölüm oynadım və ömrümün 20 ilini buna sərf etdim. Dəyərli, amma çox yorucu bir işdir. Bir ara verək deyə, düşünmüşdük. Artıq təkrar istənilməyə başladı serialımız. Qismətdə varsa, olacaq. Çox güman ki, yanvar ayında çəkməyə başlayacağıq”.

Qeyd edək ki, Necati Şaşmazın səhhəti bu ilin oktyabr ayının 28-i qəfildən pisləşib və təcili əməliyyat olunub. O, hazırda özünü yaxşı hiss etdiyini deyib, sağlam həyata uyğunlaşmağa çalışır.
 

Necati Şaşmaz "Kurtlar vadisi"ndən danışdı

# 3354
avatar

Nigar Namiq

Oxşar yazılar