Leonardo indi də bu qızla  SEVİŞİR  - FOTO
23 dekabr 2022 16:31 (UTC +04:00)

Leonardo indi də bu qızla SEVİŞİR - FOTO

"Titanik" və "Bir zamanlar Hollivudda" filmlərinin ulduzu Leonardo DiKaprionun yeni münasibətə başladığı iddia olunur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bir neçə aydır adı məşhur model Gigi Hadidlə hallanan aktyor artıq başqa biri ilə eşq yaşayır.

48 yaşlı Leonardo və 23 yaşlı aktrisa Viktoriya Lamas Kaliforniyada məkanların birindən çıxarkən görünüblər. Onlar ayrı-ayrı maşınlara əyləşərək gediblər. 

Qeyd edək ki, Leonardo DiKaprionun 25 yaşa qədər qızlarla sevgili olması xəbərləri ictimaiyyətdə müzakirələrə səbəb olmuşdu.

Viktoriya Lamas

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2903

Oxşar yazılar