Kim Kardaşyanın sevgilisindən ETİRAF
14 iyul 2022 14:21 (UTC +04:00)

Kim Kardaşyanın sevgilisindən ETİRAF

Məşhur pornoulduzun sevgilisi: "Ata olmaq istəyirəm" - FOTO

Dünyaca məşhur, 41 yaşlı Kim Kardaşyanın özündən 13 yaş kiçik sevgilisi Pete Davidson ata olmaq istədiyini açıqlayıb.

Lent.az xəbər verir ki, onun açıqlamaları barədə xarici KİV məlumat yayıb. Pete deyib ki, ata olmaq üçün əlindən gələni edir: 

"Övladımın olmasını istəyirəm, bu, mənim arzumdur. Həyatımın o dövrü üçün çox həyəcanlıyam. Əslində indi bir növ ata olmağa hazırlıq mərhələsindəyəm. Yaxşı bir adam olmağa və dəyişməyə çalışıram ki, ata olanda hər şey daha rahat olsun".

Qeyd edək ki, dörd uşaq anası Kim K. məşhur repçi Kanye West ilə 8 illik evliliyini təzəcə sonlandırmışdı. Onun yenidən ana olması iddiaları da mediada dolaşır. 

Kim Kardaşyan və ailəsi

# 3807
avatar

Nigar Namiq

Oxşar yazılar