Məşhur şoumeni 9 ilə yaxın həbs gözləyir: Təhqir, cinsi istismar..
21 iyun 2022 18:46 (UTC +04:00)

Məşhur şoumeni 9 ilə yaxın həbs gözləyir: Təhqir, cinsi istismar..

Türkiyəli məşhur şoumen Mehmed Əli Ərbili 9 ilə yaxın azadlıqdan məhrum oluna bilər. 

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ərbilə klipində oynadığı sosial şəbəkə fenomeni və müğənni Ece Ronay Biliri təhdid etdiyi ilə bağlı cinayət işi açılıb. 

“Karpuz” adlı mahnısı ilə populyarlaşan Ronay, 2021-ci ilin oktyabrında Mehmed Əlinin yazdığı mesajları ifşa etmişdi. 

Şübhəli qismində saxlanılan şoumen ifadəsində mesajları özünün deyil, köməkçisi Nuray K.nın göndərdiyini iddia edib. 

Hazırda Mehmed Əli Ərbilə qarşı “internet üzərindən cinsi istismar”, “yazılı və görüntülü təhqir etmə” kimi ittihamlara görə 8 il 10 aya qədər həbs cəzası istənilib. 

Tanınmış şoumen yaxın günlərdə hakim qarşısına çıxacaq. 

Ece Ronay Bilir

 

 

# 3213
avatar

Sevinc Fərid

Oxşar yazılar