Qaraciyərini qardaşına verən müğənni:  "Ölümü gözə almışdım" - VİDEO
02 dekabr 2022 13:53 (UTC +04:00)

Qaraciyərini qardaşına verən müğənni: "Ölümü gözə almışdım" - VİDEO

Hepatit B xəstəliyindən əziyyət çəkən qardaşına öz qaraciyərini bağışlayan müğənni Nərmin Kərimbəyova yaşadığı proseslərdən söhbət açıb.

Lent.az xəbər verir ki, atasını da Hepatit B xəstəliyindən itirən ifaçı "Elgizlə izlə" verilişində bir sıra açıqlamalar verib:

"Əminəm ki, bu mənim başıma gəlsəydi, o da öz qaraciyərini mənə verərdi. Ölümü də gözə almışdım. Bunu nə olursa, olsun etməliydim. Qaraciyəri bağışlamaq üçün xəstəxanadan xüsusi icazə almaq lazımdır. Çünki elə hallar olur ki, xəstə transplantasiya üçün gəlir və sonra xəstəxanadan qaçır. Yəni, son anda qorxudan qaçırlar. Çox olur belə hallar".

Qeyd edək ki, Nərmin Kərimbəyova Brilliant Dadaşovanın qohumudur.

Qardaşına qaraciyərini bağışlayan müğənni Nərmin Kərimbəyova yaşadığı proseslərdən danışıb

# 4776
avatar

Nigar Namiq

Oxşar yazılar