Rövşanə Ağasəfqızı işdən çıxarıldı: Aparıcı OD PÜSKÜRDÜ  - YENİLƏNİB
01 sentyabr 2023 13:00 (UTC +04:00)

Rövşanə Ağasəfqızı işdən çıxarıldı: Aparıcı OD PÜSKÜRDÜ - YENİLƏNİB

Rövşanə Ağasəfqızı işdən çıxarılması ilə bağlı Lent.az-a danışdı.

Aparıcı bildirdi ki, məzuniyyətdə ola-ola işdən çıxarılmasını ədalətsizlik və qeyri-peşəkarlıq hesab edir.

"İlin-günün bu vaxtında işdən çıxararlar? Kürəkən müəllim zəng vurub dedi ki, siz işdən çıxarılırsınız. Mən orda müqavilə imzaladığımı xatırlamıram. Ştatda olan işçiyəm. Heç bir səbəb olmadan işdən  bir neçə nəfər çıxarılıb. Vado Korovinin kürəkəni gələndən təmizləmə işi aparır. Həqiqətən səbəb yoxdur, olsa deyərdim. Belə fikri vardısa məzuniyyətə getməzdən öncə deməliydi ki, özünə iş axtar",- deyə o bildirib.

***

12:42

Sosial şəbəkələrdə "Space" televiziyasında aparıcı işləyən Rövşanə Ağasəfqızının işdən qovulması barədə xəbər yayılıb.

Lent.az-ın məlumatına görə, hazırda məzuniyyətdə olan aparıcı heç bir səbəb göstərilmədən "Space TV"nin rəhbəri Vado Korovinin kürəkəni, icraçı direktor tərəfindən işdən uzaqlaşdırılıb.

Aparıcı işdən çıxarılma səbəbini bilmədiyini deyib.

Xatırladaq ki, bir müddət öncə muğam ustası, Əməkdar artist İlkin Əhmədovu canlı yayımda efirdən qovan aparıcı xanəndə ilə qalmaqal yaşamışdı. İlkin Əhmədov onun kobudluğuna cavab olaraq işdən çıxardılacağını bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 30150

Oxşar yazılar