Türkiyənin tanınmış aktrisası Melisa Döngelin məşhur müğənni Emel Sayını canlandıracağı bilinib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, O, Anadolu rok musiqisinin unudulmaz sənətçisi Cem Karacanın həyatından bəhs edəcək "Cem Karacanın Gözyaşları" filmində çəkiləcəyi öyrənilib. Filmin ssenarisinə Emel Sayını səhnələr əlavə edilib. Bu rolu aktrisa Melisa Döngel canlandıracaq.