Tünzalədən küsülü olduğu Faiqə CAVAB
17 may 2022 19:04 (UTC +04:00)

Tünzalədən küsülü olduğu Faiqə CAVAB

Xalq artisti Tünzalə Ağayeva küsülü olduğu deyilən həmkarı Faiq Ağayev haqda danışıb. 

Lent.az xəbər verir ki, müğənni "Şourum" proqramında Ağayevin mahnısını dinləyib və fikirlərini bölüşüb:

"Özüdür. Musiqisinə, özünə necə yanaşıbsa, necə görmək istəyibsə, sözün yaxşı mənasında elədir. Hər artistin bir siması var. O da özünə xas olan məqamları ortaya qoyub. İmicinə sadiq qalaraq - mahnı və klip barədə hər şey bir-birini tamamlayır".

Aparıcının "Son vaxtlar aranızda soyuq yellər əsir" sözlərinə o, "Bakıda hər zaman külək var. İş yaxşıdırsa, deyəcəyəm. İnsanların şəxsiyyətinə toxunmaq olmaz. Kimsə mənim şəxsiyyətimə toxunmasın. Mən də sayğıyla davranım. Sayğıdan pərdə açılarsa, ifrata gedərsə... Nə görmüşəmsə, çalışmışam onun çalışmışam susum, ya da sözümü yerində deyim. Mənim üçün qalmaqal piar olmayıb. Piar yaxşı klip, konsertdir" cavabını verib. 

Qeyd edək ki, Xalq artistləri Tünzalə Ağayeva və Faiq Ağayev illərdir küsülüdür. 

# 2610
avatar

Nigar Namiq

Oxşar yazılar