Müğənni Sevinc Ağaşirinova Türkiyə mətbuatında "Azərbaycanın divası" kimi təqdim olunmasından danışıb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, Türkiyə mediasında bu cür təqdim olunmasından narahatdır: “Türkiyə mətbuatında haqqımda tez-tez məlumatlar dərc olunur. Yazılan xoş sözlərdən məmnunam. Qardaş ölkədə də diqqət görmək xoşdur. Məni "Azərbaycanın ən gözəl müğənnisi", "Azərbaycanın divası" adlandırmaları müəyyən söz-söhbətlərə səbəb olub. Bəziləri düşünür ki, mən özümü bu cür təqdim etmişəm və ya özüm-özümü “diva” adlandırmışam. İlanla rəqsim Türkiyə mətbuatının diqqətini çəkib. Türkiyədə olanda da mənə bildirdilər ki, bizim səhnədə belə bir müğənni yoxdur. Bu cür söhbətlər məni narahat edir. Mən öz sənətimlə ciddi məşğul olan, üzərində var gücü ilə çalışan gənc müğənniyəm. Uğurlarım qarşıdadır. Hamı bilir ki, ölkəmizin divası xalq artisti Aygün Kazımovadır. O, illərlə bu sənətdə can qoyub və bu ada layiqdir. Mən isə gələcəkdə uğurlarım sayəsində fərqli ada layiq görülmək istəyirəm. Aygün xanıma da uğurlar arzulayıram".

Oxşar yazılar

Serdar Ortaç mirasını kimə verəcəyini AÇIQLADI
21 iyul 2025 , 19:20
Konsertdə XƏYANƏT görüntüləri yayılan rəhbər işdən qovuldu - VİDEO
21 iyul 2025 , 17:56
Madonnanı cavan saxlayan pəhriz AÇIQLANDI
21 iyul 2025 , 14:52
Tom Kruz necə bu qədər cavan qalıb? - Pəhrizi AÇIQLANDI
19 iyul 2025 , 18:18
Cennifer Lopesə səhnədə evlilik təklifi
18 iyul 2025 , 11:51
Hollivud ulduzlarının az tanınan istedadlı bacıları
18 iyul 2025 , 09:24
Hadisədən "qocaldın" şərhlərinə CAVAB: "Qorxuda bilməzsiniz"
17 iyul 2025 , 18:55