Müğənni Sevinc Ağaşirinova KİV nümayəndələrini və həmkarlarını başına toplayıb.
Lent.az-ın məlumatına görə,o paytaxt restoranlarından birində yeni oxuduğu “Sən də get” adlı mahnısına çəkdirdiyi klipə təqdimat keçirib.
Mərasimə Elariz Məmmədoğlu, Roza Zərgərli, Emin Bədəlov, Ayaz Qasımov, Sevinc-Sevil bacıları, Əbdül Xalid, Elçin Hüseynov, prodüser Tolik (Tarix Ağayev), Təranə Səmədova, Xatun və başqaları qatılıb.
Klipdə maraqlı geyim, ifa və rəqsi ilə seçilən müğənni özü haqqında daha bir məqamı dilə gətirib. Deyib ki, 16 klioqram arıqlayıb: “Ana olandan sonra şox kökəlmişdim. Bu da məni kompleksə salırdı. Amma sonra pəhrizə və idmana başladım. Qısa müddət ərzində 16 kiloqram arıqladım. İndi özümü formada, əla hiss edirəm”.
Qeyd edək ki, sözləri Aydına, musiqisi Tunara məxsus olan “Sən də get” mahnısına klipi gənc rejissor Nazim çəkib. Tədbirin aparıcısı Samir Bayramlı olub.