105 yaşlı qadın məşhur universitetin  magistr diplomunu   aldı
21 iyun 2024 17:43 (UTC +04:00)

105 yaşlı qadın məşhur universitetin magistr diplomunu aldı

Amerikalı qadın Vircinia Hislop 105 yaşında Hislop Stanford Universitetində magistr dərəcəsi alıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, 1936-cı ildə təhsil sektorunda işə başlayan, bakalavr təhsili almaq və sonra magistr olmaq niyyətində olan Hislop 1940-cı ildə bakalavr təhsilini bitirsə də, İkinci dünya müharibəsi başlayanda universiteti tərk edib.

Ömrü boyu təhsil sektorunda çalışan Hislop 83 illik fasilədən sonra Stanforda qayıdıb və İkinci dünya müharibəsi ərəfəsində başladığı işi bu həftə tamamlayıb. 

Stanford Universitetində magistr dərəcəsi diplomunu almaq üçün səhnəyə çıxan 105 yaşlı qadını alqışlayanlar arasında onun nəticələri və kötücələri də olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1749
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar