4 ay restoranda  pulsuz yemək   yedi: Bunu necə bacardı?
28 sentyabr 2023 16:35 (UTC +04:00)

4 ay restoranda pulsuz yemək yedi: Bunu necə bacardı?

Ukraynalı 4 ay ərzində sifarişlərin pulunu ödəmədən restoranlardan yemək yeyib. 

Lent.az xəbər verir ki, bu hadisə ötən ilin dekabrından bu ilin aprelinə qədər baş verib. 

Məlumata görə, müştəri hər dəfə saxta çeklə bunu həyata keçirib. Onun ən sevimli yeməyi isə suşi olub. Demək olar ki, Ternopil şəhərindəki bir çox restorandan suşi sifariş verib. 

Müştəri bu hiyləni ayda azı 4 dəfə edib. Ümumilikdə, o, təxminən 20 min qrivna (təxminən 917 manat) məbləğində ərzaq müəssisələrini aldadıb.

Məhkəmə zamanı müştəri günahını boynuna alıb və bir müddətirdir bunu etmədiyini bildirib. O, son vaxtlarda çatdırılma sifarişi üçün restoranlara pul ödədiyini deyib. Bunu xəsarət alan kafe sahibi də təsdiqləyib.

Hakim ukraynalını Ukrayna Cinayət Məcəlləsinin 190-cı maddəsinin 1 və 2-ci hissələri ilə təqsirli bilib. Bu maddənin müddəalarına uyğun olaraq, o, 51 min qrivna (təxminən 2340 manat) məbləğində cərimə ödəməli olacaq. 
 

 

# 11523
avatar

Sevinc Fərid

Oxşar yazılar