ABŞ-da qərar qəbul olundu: Bütün raketlər gecə atılacaq
11 noyabr 2025 04:21 (UTC +04:00)

ABŞ-da qərar qəbul olundu: Bütün raketlər gecə atılacaq

0

ABŞ Federal Aviasiya İdarəsi (FAA) bu gündən etibarən bütün kommersiya məqsədli raket atışlarını gecə saatları ilə məhdudlaşdırdığını açıqlayıb.

Lent.az xəbər verir ki, bu qərar, hökumətin davam edən bağlanması səbəbilə hava limanlarında kadr çatışmazlığından qaynaqlanan hava məkanı risklərini azaltmağı hədəfləyir.

Yeni qadağa əsasən Florida ştatının Kosmik Sahilində və Kaliforniyanın Vandenberq şəhərindəki atışlara təsir edəcək.

Bu il əksər atışlarını gündüz həyata keçirən SpaceX, 140-dan çox Starlink missiyasını gecə saatlarına təxirə salmaq məcburiyyətində qalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar