Yunanıstanda demoqrafik böhran dərinləşib.
Lent.az rəsmi statistikaya əsasən xəbər verir ki, 2025-ci ilin yanvar-aprel aylarında Yunanıstanda keçən ilin eyni dövrü ilə müqayisədə doğulan uşaqların sayı 23 358-dən 21 114-ə qədər azalıb (-9,61%). Analoji dövr ərzində ölənlərin sayı 43 512-dən 44 459-a (+2,18%) qədər artıb. 2025-ci ilin ilk 4 ayında təbii azalma əvvəlki illə müqayisədə 3190 nəfər artaraq 23,345 nəfər təşkil edib.
Yunanıstanın əhalisinin 2070-ci ilə qədər 25% azalacağı proqnozlaşdırılır ki, bu da Avropa İttifaqının ümumi azalma göstəricisindən 21% çoxdur. Təkcə 2024-ci ildə ölkədə 70 000-dən az doğum qeydə alınıb. Bu, son 120 ildə ən aşağı doğum göstərici olub. göstəricisidir. Eyni zamanda, ölüm halları da eyni dövrdə 2 dəfə artıb. Təsadüfi deyil ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis “demoqrafik çöküş sözün əsl mənasında gələcəyimiz üçün ekzistensial problemə çevrilir”, - deyə açıqlama verib.
Hazırda faktiki olaraq ölkədə 10 milyondan az insan yaşayır. Əhali sayının azalmasında əsas səbəblərdən biri olaraq əvvəlki iqtisadi böhranlar zamanı yarım milyona yaxın yunanın, xüsusən də əhalinin gənc və savadlı təbəqələrinin ölkəni tərk etməsinə səbəb göstərilir. Ölkədə qalanlar yüksək işsizlik və aşağı əmək haqqı ilə səciyyələnən əmək bazarının yenidən qurulması ilə bağlı çətinliklərlə üzləşməkdə davam edir ki, bu da sabit karyera və ailə həyatı qurmağı daha da çətinləşdirir.
Yunanıstan iqtisadçısı Nikos Vettas Yunanıstanın pensiya sisteminə və səhiyyəsinə əlavə təzyiq göstərən bu demoqrafik dəyişikliyin iqtisadi nəticələrini vurğulayır: "Əsas problem odur ki, bizdə daha az insan işləyəcək. İndi isə həmin azsaylı insanlar çoxlu sayda yaşlı insanı dəstəkləməli olacaqlar". Lakin Vettas əlavə edir ki, problemi aradan qaldırmaq üçün bir sıra tədbirlər görülə bilər: "Ölkədə məhsuldarlığı artırmalısınız. Texnologiyanı tətbiq etməlisiniz. Xüsusilə yüksək məhsuldarlıqlı işlərə immiqrasiyanı təşviq etməlisiniz".
Problemin aktuallığını dərk edərək, 2023-cü ildə Yunanıstan hökuməti demoqrafik problemin həllinə xüsusi həsr olunmuş ilk nazirlik yaratdı. Sofiya Zaçarakinin rəhbərlik etdiyi nazirlik daha yüksək doğum səviyyəsini stimullaşdırmaq ümidi ilə vergi güzəştləri və yeni doğulmuş uşaqlar üçün artan dövlət müavinətləri də daxil olmaqla bir sıra tədbirlər həyata keçirib.
Zakaraki bu tədbirlərin təkbaşına problemi həll etməyəcəyini etiraf etsə də, bunun “Yunanıstanın üzləşdiyi ən ciddi təhlükənin” qarşısını almaq üçün düzgün istiqamətdə atılmış addım olduğunu vurğulayır.
Eskpertlər qeyd edir ki, əgər demoqrafik tendensiyalar bu şəkildə davam edərsə, 2025-ci ilin sonuna qədər doğum əmsalı bir qadına 1,24-dən 1,15 uşağa düşəcək və bu tarixdə ən aşağı göstərici olacaq. Doğulan uşaqların sayının 2025-ci il üçün 63 min civarında olacaq. Ekspertlər və tarixçilər bu göstəricinin e.ə II minillikdən bəri ən minimal doğum sayı olduğunu bildirib. Müqayisə üçün qeyd edək ki, 77 il əvvəl, 1948-ci ildə ölkədə indiki rəqəmlərdən 3,34 dəfə çox olmaqla 210 min uşaq doğulmuşdu.