Çinin elektrik avtomobili istehsalçısı BYD-nin qlobal satışları avqust ayında 17,8% artaraq 440293 avtomobilə çatıb.
Lent.az xəbər verir ki, bu, şirkətin satışlarının ardıcıl dördüncü ay artmasıdır.
Artımın əsas səbəblərindən biri xarici bazarlara ixracın kəskin yüksəlməsidir. Avqustda BYD-nin xaricə avtomobil tədarükü 134,5% artaraq 189466 ədədə çatıb.
Şirkətin beynəlxalq bazarlarda genişlənməsi Çində avtomobil satışlarının zəifləməsini kompensasiya edir. BYD xüsusilə Avropa, Cənub-Şərqi Asiya və Braziliyada satışlarını artırır.
Braziliya şirkətin ən böyük xarici bazarına çevrilib. BYD burada yerli istehsal ediləcək yeni plug-in hibrid avtomobilini də təqdim etməyə hazırlaşır.
Qeyd edək ki, BYD-nin xarici bazarlardakı güclənməsi şirkətin maliyyə göstəricilərinə də müsbət təsir edir. 2026-cı ilin ilk yarısında şirkətin beynəlxalq bazarlardan əldə etdiyi gəlir ilk dəfə Çindəki gəliri üstələyib.