Həyatlarından ən çox məmnun  olanlar kimlərdir? - ARAŞDIRMA
29 may 2026 11:05 (UTC +04:00)

Həyatlarından ən çox məmnun olanlar kimlərdir? - ARAŞDIRMA

0

Oksford Universitetinin alimləri həyatından razı olan insanların əsas xüsusiyyətlərini araşdırıblar. 76 ölkədən 80 mindən çox insanın iştirak etdiyi genişmiqyaslı tədqiqat göstərib ki, xoşbəxtlik hissi yalnız gəlir səviyyəsi və ya sosial statusdan asılı deyil.

Lent.az xəbər verir ki, tədqiqatçılar iştirakçıların cavablarını təhlil edərkən onların yalnız maddi vəziyyətinə deyil, davranış xüsusiyyətlərinə və şəxsi dəyərlərinə də diqqət yetiriblər.

Nəticədə müəyyən olunub ki, həyatından daha çox məmnun qalan insanlarda səbirli olmaq, ölçülü risk etməyə hazır olmaq, ətrafdakılara etibar göstərmək, qarşılıqlı münasibətlərə önəm vermək və altruizmə (yəni başqalarına təmənnasız yardım etməyə) meyl kimi xüsusiyyətlər daha çox müşahidə olunur.

Ən mühüm xüsusiyyətlərdən birinin səbir olduğu müəyyən edilib. Alimlər həmçinin xoşbəxtlik hissi ilə risk etməyə hazırlıq arasında nəzərəçarpacaq əlaqə aşkar ediblər.

Tədqiqatçılar qarşılıqlılıq prinsipinin də vacibliyini xüsusi vurğulayıblar. Yəni yaxşılığa yaxşılıqla cavab verməyə və ya ədalətsiz münasibətə reaksiya göstərməyə meyilli olan insanlar həyat keyfiyyətlərini daha müsbət qiymətləndirməyə meyllidirlər.

Bundan əlavə, araşdırma nəticələri göstərib ki, digər insanlara yüksək etimad göstərmək və ətrafdakılara təmənnasız kömək etməyə hazır olmaq da daxili rifah və xoşbəxtlik hissi ilə sıx bağlıdır. Maraqlıdır ki, oxşar qanunauyğunluqlar dünyanın müxtəlif ölkə və regionlarında da müşahidə olunub.

Tədqiqat müəlliflərinin fikrincə, əldə edilən nəticələr yalnız gələcək elmi araşdırmalar üçün deyil, həm də cəmiyyətdə etimadın, səbirin və qarşılıqlı dəstəyin inkişafı vasitəsilə insanların həyat keyfiyyətini artırmağa yönəlmiş sosial proqramların hazırlanması baxımından faydalı ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar