Uşaqlar üçün riyaziyyat məsələsi:  minlərlə insan arasında mübahisəyə  səbəb oldu
17 aprel 2026 13:31 (UTC +04:00)

Uşaqlar üçün riyaziyyat məsələsi: minlərlə insan arasında mübahisəyə səbəb oldu

0

Məktəblilər üçün hazırlanmış riyaziyyat məsələsi internetdə qızğın müzakirələrə səbəb olub və onu həll etmək hamıya nəsib olmayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, riyaziyyat üzrə imtahan sualı bir çox böyüklər üçün əsl çətinliyə çevrilib; baxmayaraq ki, onun nəzərdə tutulan auditoriyası 10-11 yaşlı uşaqlardır. Məsələ sosial şəbəkələrdə paylaşılıb və onu həll etməyə çalışan minlərlə istifadəçi arasında mübahisəyə səbəb olub.

Məktəb testindən olan sual belədir: “Kleyn bazar ertəsi kitabın 30 səhifəsini oxudu və çərşənbə axşamı kitabın səkkizdə birini oxudu. Çərşənbə günü isə qalan kitabın dörddə birini tamamladı. Kitab neçə səhifədən ibarətdir?”

Bir çox insan bu sual qarşısında çaşqınlıq yaşayıb və bəziləri etiraf edib ki, əgər indi bu testi həll etməli olsaydılar, uğurla bacara bilməzdilər.

Lakin texnika elmləri üzrə doktor dərəcəsinə sahib bir istifadəçi bu tapmacanı həll edə bilib. İzah belədir: çərşənbə günü Kleyn kitabın sonuncu dörddə birini oxuduğuna görə, əvvəlki günlərdə kitabın üç dörddə üçünü oxumuş olmalıdır ki, bu da səkkizdə altıya bərabərdir. “Çərşənbə axşamı o, yalnız səkkizdə birini oxuyub.

Deməli, qalan səkkizdə beşini bazar ertəsi oxumalı idi. Biz bilirik ki, bazar ertəsi o, 30 səhifə oxuyub, deməli bu 30 səhifə kitabın səkkizdə beşinə uyğundur. Beləliklə, kitabın səkkizdə biri 6 səhifəyə bərabərdir. Nəticədə isə kitab ümumilikdə 8 dəfə 6 səhifə olmaqla 48 səhifədən ibarətdir”, – istifadəçi öz həllini belə izah edib.

Digərləri isə daha sadə izah təklif ediblər: “1/8 + 1/4 = 3/8, deməli 5/8 = 30, buradan isə nəticə çıxır ki, kitab ümumilikdə 48 səhifədən ibarətdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 344

Oxşar yazılar