Yanınızdakı insanın narsist olduğunu  göstərən yeddi əsas XÜSUSİYYƏT
25 may 2026 15:29 (UTC +04:00)

Yanınızdakı insanın narsist olduğunu göstərən yeddi əsas XÜSUSİYYƏT

0

Yüksək səviyyədə narsisizmə sahib insanlar çox vaxt oxşar davranış və xarakter xüsusiyyətləri nümayiş etdirirlər. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, psixoloqlar yüksək narsisizm səviyyəsinə işarə edə biləcək yeddi vərdişi sadalayıb.

Birinci xüsusiyyət - insanın daim özünü haqlı hesab etməsidir.

İkinci xüsusiyyət - başqalarından üstün olduğunu düşünməsidir.

Üçüncü xüsusiyyət isə tənqid və etirazı qəbul etmək istəməməsidir. Psixoloqun sözlərinə görə, belə insanlar “sanki onlara qarşı çıxmaq olmazmış kimi” davranırlar.

Digər əlamətlər arasında ekspert başqalarına qarşı qəddar davranmağa və onlara ağrı verməyə haqqı çatdığını düşünməyi də qeyd edib.

Bundan əlavə, ətrafdakılara yuxarıdan baxmaq və onları kiçiltmək də əsas əlamətlərdən sayılır.

Altıncı xüsusiyyət - insanın xoşuna gəlməyən fikirləri eşitmək istəməməsidir.

Sonuncu xüsusiyyət isə özünü xüsusi və bənzərsiz hesab etməsidir.

Belə insanlar çox vaxt özlərini “inanılmaz dərəcədə unikal” kimi aparırlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 262

Oxşar yazılar