Luvr muzeyinin direktoru Azərbaycana gəlir
02 may 2011 12:05 (UTC +04:00)

Luvr muzeyinin direktoru Azərbaycana gəlir

Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən bildiriblər. Məlumata görə, səfər zamanı Anri Luareti müşaviri Benua de Sen Şama müşayiət edəcək.

Bakıya səfər zamanı Anri Luaretin Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasına baxış keçirməsi, Müasir İncəsənət Muzeyində rəssam Əliyar Əlimirzəyevin sərgisinin açılış mərasimində iştirakı, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunu, Qala Qoruğunda “Qala” Arxeoloji Etnoqrafiq Muzey Kompleksini və Mərdəkan qalalarını ziyarət edəcəyi planlaşdırılır.

Səfər zamanı ikitərəfli əməkdaşlıq, muzey sərvətlərinin saxlanılması, onların qorunması sahəsində, eləcə də materialların toplanmasında təcrübə mübadiləsi, Azərbaycan Dövlət İncəsənət Muzeyində Luvr Muzeyinin kolleksiyasından iki mövzuda sərgilərin təşkili və Bakıda yeni xalça muzeyinin açılış mərasimi zamanı Luvr Muzeyinin xalça kolleksiyasından bir neçə eksponatın müvəqqəti təqdim edilməsinin mümkünlüyü kimi məsələlərin müzakirə olunması nəzərdə tutulur.

Səfər çərçivəsində mədəniyyət və turizm naziri Əbülfəz Qarayev Anri Luareti qəbul edəcək. Proqrama həmçinin Əbülfəs Qarayevin mətbuat konfransı və Azərbaycan Dövlət İncəsənət Muzeyinin rəhbərliyi ilə görüş də daxil edilib.

Xəyalə
# 586

Oxşar yazılar