“Eurovision-2012” üçün otel sifarişləri başlayıb
14 sentyabr 2011 13:41 (UTC +04:00)

“Eurovision-2012” üçün otel sifarişləri başlayıb

“Azərbaycanın ev sahibliyi edəcəyi “Eurovision-2012” Mahnı Müsabiqəsi ilə bağlı qiymətlərin açıqlanması çox tezdir”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir deyib ki, Azərbaycan Turizm Assosiasiyasının müsabiqə ilə bağlı açıqladığı tur-paketin ilkin qiyməti təxminidir. Müvafiq rəqəmlər Turizm Assosiasiyasının bu gün mövcud olan qiymətləri əsasında hazırlanıb: “Bu rəqəmlər bu gün mövcud olan qiymətləri əsasında hazırlanıb, həmin dönəm üçün isə hansı qiymətlərin olacağını bilmək isə sözsüz ki, tezdir. Doğrudur, bu gün üçün konkret qiymətləri açıqlamaq mümkün deyil. Amma onu bildirmək istərdim ki, artıq müsabiqə ərəfəsində kimin harada və necə qalması ilə bağlı otellər müəyyənləşib. Biz bu sırada yeni açılacaq otelləri də nəzərdə tuturuq. O zamana kimi bizdə qiymətlərlə bağlı tam məlumat olacaq və biz bunu tənzimləyəcəyik”.

Ə.Qarayev “Eurovision-2012” müsabiqəsində dövlət xətti ilə iştirak edəcək qonaqlar üçün müəyyən qiymətlərin olacağını da deyib: “Gələcəkdə bu məsələ həll olunandan sonra artıq turistlərin gəlişi üçün hər otel müxtəlif təbəqələrə uyğun olaraq qiymətləndiriləcək. Amma otellər artıq həmin müddət üçün ilkin sifarişləri qəbul etməyə başlayıblar. Əgər tələbat çox olacaqsa, təbii ki, qiymətlər də çox olacaq. Əgər tələbat normal olsa, o zaman qiymətlər də öz qaydasında qalacaq”.

Ə.Qarayev onu da vurğulayıb ki, “Eurovision-2012” müsabiqəsi ilə bağlı yeni üç ulduzlu otellərin və hosterlərin tikintisi yolunda işlər aparılır.

Xəyalə Muradlı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1071

Oxşar yazılar

Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29