

ƏSA hər ay tamaşaçıları ilə görüşə biləcək
Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov Lent.az-a ƏSA Teatrının rəhbəri Nihad Qulamzadənin mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət etməsinə cavab olaraq təkliflərinin olduğunu bildirmişdi:
"Teatrla nazirlik arasında müqavilə əsasında ƏSA Teatrı nazirliyin strukturuna daxil olan teatrlarının birinin binasında ayda bir dəfə təmənnasız olaraq tamaşa nümayiş etdirməsi ilə təmin ediləcək”.
Təkliflə əlaqədar Lent.az-a açıqlama verən ƏSA Teatrının rəhbəri Nihad Qulamzadə deyib ki, bu gün nazirliyə dəvət olunaraq, görüşdə iştirak edib:

“İntiqam bəyin də dediyi kimi, nazirlik strukturuna daxil olan teatrlarda ayda bir dəfə bizim tamaşanın təmənnasız nümayişinə şərait yaradacaq. Beləliklə, növbəti mövsümdən etibarən ƏSA ayda bir dəfə tamaşaçıların görüşünə gələ biləcək”.
Oxşar yazılar

“Üzüklərin Hökmdarı” 3-cü mövsümə hazırlaşır - İlk detallar
2 avqust 2025 , 09:32
Arif Babayevin SON GÖRÜNTÜLƏRİ
1 avqust 2025 , 17:49
Prezidentdən Fəxrəddin Manafovla bağlı SƏRƏNCAM
1 avqust 2025 , 13:34
"Arif Babayev həyatda olanda biz qol-qanadlı idik" - Yalçın Adıgözəlov
1 avqust 2025 , 12:37
Arif Babayev Fəxri Xiyabanda dəfn olunacaq
1 avqust 2025 , 11:18
Arif Babayev vəfat etdi
1 avqust 2025 , 08:50
"Kuruluş Osman"da böyük dəyişiklik: Orhan bəyi o canlandıracaq
31 iyul 2025 , 11:10