"Habil Əliyevin səhhəti ağır olaraq qalır" - <span style="color:red;">Baş həkim
18 avqust 2015 14:13 (UTC +04:00)

"Habil Əliyevin səhhəti ağır olaraq qalır" - Baş həkim

Xalq artisti Habil Əliyevin vəziyyəti ağır-sabit olaraq qalır.

 

Bunu Lent.az-a açıqlamasında Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı Kamran Musayev bildirib. Həkim qeyd edib ki, dünən sənətkarı müayinə etmək üçün Bakıya gələn məşhur türkiyəli professor da ürəkaçan heç nə deməyib: “ Habil müəllim gəldiyi günə nisbətən yaxşıdır. Amma hələ ki, reanimasiyada müalicə edilir. Onun tənəffüs və pnevmoniya problemi var. Yaşına görə də kritik durumdan çıxması asan deyil. Müxtəlif həkimlər nəzarət edirlər, baxıb gedirlər. Türkiyəli həkim də bizim təyin etdiyimiz diaqnozu qoydu və fərqli müalicə təyin etmədi. Hazırda çalışırıq ki, ağır vəziyyətdən çıxaraq”.

 

Xatırladaq ki, avqustun 16-da  xalq artisti, kamança ustası Habil Əliyevin vəziyyəti ağırlaşıb və o, Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 88 yaşlı sənətkar ürək və ağciyər xəstəliyindən əziyyət çəkir.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330

Oxşar yazılar