Dadlı  toyuq kotletləri   bişirmək üçün  çox sadə resept
20 fevral 2024 14:51 (UTC +04:00)

Dadlı toyuq kotletləri bişirmək üçün çox sadə resept

Bəzən müasir evdar qadınlar o qədər qəribə kotlet reseptlərindən istifadə edirlər ki, onların klassik yemək olduğunu bilmək çətindir.

Məsələn, kotletə kəsmik, pomidor, xardal, şəkər və hətta darçın əlavə edənləri də eşitmək mümkündür.  

Lent.az klassik toyuq kotletlərinin bişirilməsi qaydasını təqdim edir: 

Lazım olan ərzaqlar: 

 700-800 qram file;

 İki soğan;

 Yumurta;

 Yarım stəkan çörək qırıntıları;

İstəyə uyğun olaraq duz və digər ədviyyatlar. 

Bişirmə üsulu

Toyuq filesini bıçaqla incə doğrayın və ya ət maşınından keçirin. Soğanı kiçik parçalara ayırın və istəyə uyğun olaraq qızardın. Bunun sayəsində kotletlərin dadı daha gözəl olacaq. Çəkilmiş toyuq ətini soğanla qarışdırın. Üzərinə ədviyyatları əlavə edin. Ən sonda isə ətin bir-biri ilə yaxşı ovuşması üçün 1 ədəd yumurta tökün. Alınan qarışığı yaxşı yoğurmağa başlayın. 

Daha sonra kotletlərin hər birini eyni ölçüdə düzəltməyə çalışın və çörək qırıntılarına batıraraq tavada qızardın. Bu kotletlərin dadından doymayacaqsınız. 


 

# 14664
avatar

Sevinc Fərid

Oxşar yazılar