Bu, bütün ailə üçün uyğun olan sadə, ətirli və büdcəyə uyğun yüngül şam yeməyidir.
Lent.az bu resepti təqdim edir:
Fransız üsulu ilə balıq necə hazırlanır?
Bu balıq yeməyi ailənizin hər bir üzvünün xoşuna gələcək. Hazırlanması çox asandır və tavada qızartmağa ehtiyac yoxdur.
Tərkibi:
Balıq filesi - 400 qram
Xama - 2 xörək qaşığı
Qara istiot - ½ çay qaşığı
Xardal - 1 çay qaşığı
Soya sousu - 2 xörək qaşığı
Sərt pendir - 50 qram
Soğan - 2 ədəd
Kök - 2 ədəd
Duz, istiot - zövqə görə
Yağ - 2 xörək qaşığı
Hazırlanma qaydası
Əvvəlcə balıq filesini kiçik tikələrə bölün və soba qabını bitki yağı ilə yağlayın. Balığı qabın içində bir qat şəklində düzün. Marinad üçün xama, istiot, soya sousu və xardalı qarışdırın.
Hazırladığınız marinadı balığın üzərinə bərabər şəkildə yayın və bir neçə dəqiqə marinadlanması üçün saxlayın. Kökləri sürtgəcdən keçirin, soğanı isə xırda doğrayın. Tərəvəzləri tavada bir qədər qızardın, duz və istiot əlavə edib qarışdırın. Daha sonra bu qarışığı marinadlı balığın üzərinə əlavə edin.
Sonda pendiri sürtgəcdən keçirib ən üst qat kimi əlavə edin. Əvvəlcədən 180 dərəcəyə qədər qızdırılmış sobada 25-30 dəqiqə bişirin.
Nuş olsun!