Qızartma zamanı balığın xoşagəlməz qoxusundan  qurtulmağın yolu
12 avqust 2024 19:13 (UTC +04:00)

Qızartma zamanı balığın xoşagəlməz qoxusundan qurtulmağın yolu

Qızardılmış balıqları, şübhəsiz ki, ən dadlı yemək növlərindən biri adlandırmaq olar. Buna görə də, bu yemək olduqca tez-tez hazırlanır. Ancaq hər bir evdar qadını narahat edən bir nüans var. Balıq qızardılan zaman gələn xoşagəlməz qoxu bir çoxlarını narahat edir. 

Lent.az xəbər verir ki, bir sıra sadə üsulla bu problemi aradan qaldırmaq olar. 

Əlavə porsiya tərəvəz 

Metodun mahiyyəti sadədir. Müəyyən tərəvəzlər var ki, onlar mətbəxi xoşagəlməz qoxulardan azad edir. Məsələn, kiçik kartof, yerkökü və soğanı soyun. Daha sonra tərəvəzləri dilimlərə kəsin və balığı qızartmazdan əvvəl tavaya qoyun. 

Marinad

Balığı qızartmazdan əvvəl xüsusi şorabada saxlasanız, qoxusunu aradan qaldıra bilərsiniz. Söhbət su, süd, limon suyu və ya pivə ilə olan qarışıqdan gedir. Bu marinadda balıqları 15 dəqiqə saxlayın. Nəticədən razı qalacaqsınız. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6162
avatar

Sevinc Fərid

Oxşar yazılar