Təravətləndirici qarpız  limonadı – Yay üçün ideal seçim
01 sentyabr 2024 17:58 (UTC +04:00)

Təravətləndirici qarpız limonadı – Yay üçün ideal seçim

İsti yay günlərində sərin limonad hər kəsin istəyidir. Restoranlardan fərqli olaraq evdə hazırlanan limonad həm ucuz başa gəlir, həm də daha keyfiyyətli olur. 

Lent.az bu dəfə yay üçün ideal seçimlərdən biri olan təravətləndirici qarpız limonad reseptini təqdim edir: 

Lazım olan ərzaqlar: 

800 qram qarpız 

1 ədəd limon

100 qram şəkər 

5 dəstə nanə

800 ml. qazlı su

Buz

Bişirmə üsulu 

Qarpız dənələrini blenderdə əzin və ələkdən süzün. Limonu yarım halqalar şəklində kəsin, şəkər əlavə edin, çəngəl ilə qarışdırın və 10 dəqiqə saxlayın və daha sonra nanə yarpaqlarını əlavə edin. Ən sonda isə şəkər siropu, nanə və qarpız suyu ilə limon əlavə edin. Sonda buz kublarını əlavə edin.

Budur, hazırdır. Nuş olsun!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2655
avatar

Sevinc Fərid

Oxşar yazılar