Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi -  RESEPT
14 may 2025 14:52 (UTC +04:00)

Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi - RESEPT

Tərəvəzlərlə birlikdə sobada bişmiş toyuq filesi - həm dadlı, həm də faydalı yeməkdir. Bu yemək həm qarnir, həm də əsas yemək kimi əla seçimdir.

Lent.az bu resepti təqdim edir:

Bu yemək niyə dadlı alınır?

Ət və tərəvəzlər birlikdə sobada bişdiyindən yemək həm şirəli, həm də ətirli olur. Resept çox sadədir: toyuq filesi soya sousu, bal, ədviyyatlarla marinad olunur, tərəvəzlər doğranır, bişirmə qoluna yerləşdirilir və sobada bişirilir.

Tərkibi

Toyuq filesi – 500 qram

Şampinyon göbələkləri – 300 qram

Baş soğan – 2 ədəd

Yerkökü – 1 ədəd

Şirin bibər – 2 ədəd

Soya sousu – 2 xörək qaşığı

Bal – 1 çay qaşığı

Alma sirkəsi – 1,5 xörək qaşığı

Toyuq üçün ədviyyat qarışığı – 1 çay qaşığı

Bitki yağı – 2 xörək qaşığı

Qara istiot (üyüdülmüş) – zövqə görə

Duz – zövqə görə

Hazırlanma qaydası

Toyuq filesini yuyun, kağız dəsmalla qurulayın və orta qalınlıqda zolaqlar şəklində doğrayın. Bir qabda soya sousu, bal, alma sirkəsi, toyq üçün ədviyyat, bitki yağı və istiotu qarışdırın.

Toyuq filesini bu marinada əlavə edin və 3 saat soyuducuda saxlayın. Soğan və yerkökünü təmizləyin. Soğanı yarımhalqa, yerkökünü çubuqlar şəklində doğrayın. Göbələkləri yuyun, nazik dilimlərə doğrayın. Şirin bibərləri təmizləyin, tumlarını çıxarın və uzun-uzun doğrayın. Bütün tərəvəzləri bir qaba yığın, üstünə marinad olunmuş toyuq filesini əlavə edin, duzlayın və yaxşıca qarışdırın.

Hazır qarışığı bişirmə qoluna (ruqava) yerləşdirin, uclarını sıx bağlayın, bir neçə yerindən diş çöpü ilə deşin və soba sinisinə qoyun. Əvvəlcədən 180°C-ə qədər qızdırılmış sobada təxminən 30 dəqiqə bişirin. Bu yemək həm sürətli hazırlanır, həm də çox dadlı olur. Təravətli tərəvəzlər və ətirli ət birləşməsi süfrənizdə əla kombinasiya yaradacaq.

Nuş olsun!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360

Oxşar yazılar