Bu məhsulları yeməyin,  beyini hiss olunmadan məhv edə bilər
27 may 2026 12:27 (UTC +04:00)

Bu məhsulları yeməyin, beyini hiss olunmadan məhv edə bilər

0

Nevroloqlar beyin sağlamlığını qorumaq və koqnitiv zəifləmə riskini azaltmaq üçün qida rasionundan çıxarmağı və ya ciddi şəkildə məhdudlaşdırmağı tövsiyə etdikləri məhsulları açıqlayıblar.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu məhsullar yaddaşa, diqqətə və beynin uzunmüddətli sağlamlığına hiss olunmadan mənfi təsir göstərə bilər.

Protein tozu

Protein tozu çox vaxt arıqlamaq və ya çəki artırmaq istəyən insanlar üçün sağlam və aşağı kalorili məhsul kimi reklam olunur.

Lakin onların bir çoxunun tərkibində süni dadlandırıcılar olur ki, bunlar bağırsaq mikrobiomunu poza bilər.

Sağlam və güclü bağırsaq mikrobiomu isə beynin sağlam fəaliyyəti üçün olduqca vacibdir. 

Qazlı içkilər

Qazlı içkilər yüksək şəkər tərkibinə görə beyin sağlamlığı üçün ən zərərli məhsullardan biridir. Şəkər beynə qan daşıyan damarları zədələyir. Zaman keçdikcə bu, beynin fəaliyyət göstərməsi üçün lazım olan əsas enerjidən məhrum olmasına səbəb olur və erkən demensiya ilə insult riskini artırır. Kəskin hallarda isə şəkər beyin iltihabı, əsəbilik, əhvalın pisləşməsi və yuxu pozğunluğu yaradır.

Pivə

Pivə qida dəyəri olmayan “boş kalorilərdən” ibarətdir. Alkoqol neyrotoksin hesab olunur və hətta orta miqdarda istifadə edildikdə belə həm mərkəzi, həm də periferik sinir sisteminə zərər verə bilər.

Alkoqol neyronlar arasındakı siqnallara təsir etdiyi üçün:

• reaksiya və düşünmə sürəti zəifləyir 

• yaddaş və diqqət pisləşir 

• öyrənmə və impulsları idarə etmə qabiliyyəti azalır 

Fri kartof

Fri kartof kimi yağlı qidalarla zəngin qidalanma beyinə qan aparan damarları zədələyə və koqnitiv problemlərə səbəb ola bilər.

Bu, hematoensefalik baryerin bütövlüyünü zəiflədir və beynin öyrənmə və yaddaşa cavabdeh olan hipokamp hissəsindəki neyronlara zərər verir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 218

Oxşar yazılar